İranın yol və şəhərsalma naziri İlham Əliyevlə görüşüb
İranın yol və şəhərsalma naziri Bakıya səfərinin ilk görüşündə Azərbaycan Respublikasının prezidentilə videoformatda görüşüb.
SəhərAzəri-nin məlumatına əsasən, Azərbaycan Respublikasının prezidenti bu görüşdə Aşqabadda İran prezidentilə görüşünə işarə edib. Bildirib ki, cənab Rəisi ilə Aşqabad görüşü iki dost və qardaş ölkənin əlaqələrində bir dönüş nöqtəsi idi və bu görüşün təsirləri qarşılıqlı münasibətlərin inkişafında özünü göstərir.
İlham Əliyev həmçinin İranın yol və şəhərsalma nazirindən istəyibdir ki, onun səmimi salamını cənab Rəisiyə çatdırsın.
Azərbaycan Respublikasının prezidenti bu görüşdə müxtəlif sektorlarda sərmayə yatırmaq üçün iranlı şirkətlərin dəvət olunmaları ilə birgə və regional həmkarlıqların inkişafına təkidlə deyib ki, iranlı şirkətlər müxtəlif iqtisadi sahələrdə, həmçinin elektrik enerjisi istehsalı və tranzit layihələrində Azərbaycan Respublikasının azad olunmuş bölgələrinin bərpası və inkişaf etdirilməsində fəali iştiraka malik ola bilərlər.
O, həmçinin sənaye və texnologiya sahələrində əməkdaşlıqların inkişafına təkid edib.
İranın yol və şəhərsalma naziri Rüstəm Qasemi də İranın qonşularla bağlı strateji siyasətinin prioritetinə işarə ilə deyib ki, iki dost və qardaş ölkə olan İran və Azərbaycan Respublikasının əlaqələrində yeni bir fəsil başlanıb.
Əminik ki, iki ölkə arasında mövcud olan ciddi iradə ilə ikitərəfli əlaqələrin daha da dərinləşməsinin şahidi olacağıq- deyən Qasemi bildirib ki, İran regiondakı müxtəlif ölkələrin bərpasında yaxşı təcrübələrə malikdir və bu həmkarlkıqlar bölgənin dayanıqlı təhlükəsizliyi və inkişafına kömək edəcək.
Nəqliyyat əlaqələrinin genişləndirilməsinə təkid edən İranın yol və şəhərsalma naziri deyib ki, tranzit dəhlizlərinin yaradılması İranın və regionun ən mühüm proqramlarındandır və iki ölkə- İran və Azərbaycan Respublikasının əməkdaşlığı ilə bölgədə iqtisadi açılışlar yarada bilər.