İslam İnqilabı Aşura və Qədiri-Xum kimi tükənməz bir ehtiyatdır
https://azeri.sahartv.ir/news/İran-i385691-İslam_İnqilabı_aşura_və_qədiri_xum_kimi_tükənməz_bir_ehtiyatdır
Tehranın cümə namazı xitabətçisi deyib ki, İslam İnqilabı Aşura və Qədiri-Xum kimi tükənməz bir ehtiyatdır və bu tükənməz ehtiyatdan istifadə edilməlidir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 04, 2022 15:09 Asia/Baku
  • Höccətülislam Kazem Seddiqi
    Höccətülislam Kazem Seddiqi

Tehranın cümə namazı xitabətçisi deyib ki, İslam İnqilabı Aşura və Qədiri-Xum kimi tükənməz bir ehtiyatdır və bu tükənməz ehtiyatdan istifadə edilməlidir.

SəhərAzəri-nin məlumatına əsasən, Höccətülislam Kazem Seddiqi İslam İnqilabını, misilsiz bir inqilab adlandırıb və belə söyləyib: İran İslam İnqilabı dünyanı təsir altına aldı, tarixi dəyişdirdi, beynəlxalq münasibətləri əvəz və dünyanın ədaləti qəbul etməyə hazır olması üçün yeni bir yol təqdim etdi.

Tehranın müvəqqəti imamcüməsi bildirib ki, İslam İnqilabının mehvərini inqilabçı, fəqih, aqil, təqvalı və kamil bir şəxsiyyət təyin etdi.

O, deyib: İmam Xomeyni(r.ə)-in imanının dərinliyindən qaynaqlanan o isti nəfəs, zaman boyu sahələri dəyişdirdi, xalq itirdiyi gövhərini tapdı və onun bayrağının altına keçdi.

Tehranın cümə namazı xitabətçisi söyləyib: İmam Xomeyni(r.ə)-in inqilabı dini bir inqilab idi və öz bünövrəsini bəşəriyyətin dəyişikliyi və bu hərəkatı Allaha doğru hərəkət etdirmək üzərində qurdu.