Fev 07, 2022 17:08 Asia/Baku
  • İran Silahlı Qüvvələri İmam Xomeyninin (r.ə) amalları ilə əhd-peymanlarını təzələyiblər

İran Silahlı Qüvvələrinin komandanları və əməkdaşları İmam Xomeyninin (r.ə) məqbərəsinə gedərək, İslam İnqilabının böyük banisinin amalları ilə əhd-peymanlarını təzələdilər.

SəhərAzəri-nin məlumatına əsasən, İran İslam İnqilabının şanlı qələbəsinin 43-cü ildönümü ərəfəsində bu gün səhər İranın Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqiri, İran İslam Respublikası Ordusu, İslam İnqilabı Keşikçiləri Korpusu Sepah, Nizam-İntizam Qüvvələri, eləcədə, Müdafiə və Silahlı Qüvvələrə Dəstək nazirliyinin yüksək rütbəli komandanları və rəsmiləri, həmçinin İslam Respublikası Silahlı Qüvvələrinin bir qrup əməkdaşı, İmam Xomeyninin (r.ə) pak məqbərəsinə gediblər, onlar mərhum imamın məzarı qarşısına gül dəstələri düzərək, fatihə oxuyublar və o, həzrətin amalları ilə əhd-peymanlarını təzələyiblər. 

General-leytenant Baqiri bu mərasimdə deyib: "Ordunun qorunub-saxlanılması və bu müqəddəs qüvvənin dağıdılması üçün hazırlanmış planının qarşısının alınması, inqilabın keşikçiləri olaraq, İslam İnqilabı Keşikçiləri Korpusunun yaradılması və ölkənin müdafiəsi və təhlükəsizliyi, həmçinin inqilab və silahlı qüvvələri müşayiət etmək üçün "Bəsice Müstəzəfin" təşkilatının formalaşdırılması mərhum imamın bənzərsiz müdrikliyi və uzaqgörənliyinin kiçik bir hissəsi idi". 

Teqlər