Təxti Rəvançi: İran BMT-nin sülhməramlı missiyalarında iştirak etməyə hazırdır
-
Təxti Rəvançi
İranın Birləşmiş Millətlər Təşkilatındakı daimi səfiri İran İslam Respublikasının BMT-nin dünya üzrə sülhməramlı əməliyyatlarında iştirak etməyə hazır olduğunu bildirib.
SəhərAzəri-nin məlumatına əsasən, Məcid Təxti Rəvançi çərşənbə axşamı günü BMT-nin Sülhməramlı Əməliyyatlar üzrə Xüsusi Komitəsində çıxışı zamanı İran İslam Respublikasının hərbi briqadaları, polis, hərbi müşahidəçi və maddi-texniki təchizatlar göndərməklə BMT-nin Xüsusi Komitəsinin missiyalarında iştirak etməyə hazır olduğunu bildirib.
O, BMT sülhməramlılarının əməliyyatlarının beynəlxalq sülh və təhlükəsizliyin qorunmasında hələ də həlledici rol oynadığını söyləyərək, BMT Baş Assambleyasının Sülhməramlı Əməliyyatlar üzrə Xüsusi Komitəsinin sülhməramlı əməliyyatların bütün aspektlərinin hərtərəfli tədqiqində xüsusi mövqeyə malik olduğunu vurğulayıb.
"BMT-nin sülhməramlı əməliyyatları BMT Nizamnaməsinin bütün məqsədlərinə riayət olunmaqla, o cümlədən özünümüdafiə istisna olmaqla, güc tətbiq etməkdən çəkinməklə, münaqişələrin hər iki tərəfinin qarşılıqlı razılığı şəraitində və tam neytrallığa riayət etməklə həyata keçirilməlidir", deyə Təxti Rəvançi əlavə edib.