Fev 23, 2022 19:38 Asia/Baku
  • Əmir Abdullahiyan: Vyana danışıqları həssas və mühüm mərhələyə çatıb

ABŞ-ın özünün xoş niyyətini sübut etmək üçün heç bir əməli addım atmadığını bildirən Əmir Abdullahian deyib: "Vyana danışıqları həssas və mühüm mərhələyə çatıb".

"İRNA"nın məlumatına görə, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Tehranda səfərdə olan Omanın xarici işlər naziri Bədr Bin Həməd Əl-Busaidi ilə görüşdən sonra keçirilən birgə mətbuat konfransında çıxışı zamanı Vyana danışıqlarına toxunub və bu danışıqlarında çox az, lakin çox həssas və mühüm məsələlərin qaldığını bildirərək, əlavə edib: "Heç bir halda danışıqlar qrupu İran İslam Respublikasının danışıqlarla bağlı qırmızı xətlərini keçməyəcək".

Bütövlükdə Vyana danışıqlarına nikbin baxdığını dilə gətirən Əmir Abdullahian qarşıdakı günlərdə qalan bir neçə vacib və həssas məsələlərin Qərb ölkələrinin realist baxışı ilə yekunlaşacağına ümid etdiyini bildirib.

İranın xarici işlər naziri çıxışının başqa bir hissəsində Omanın Xarici İşlər Naziri ilə görüşün təfərrüatlarını da açıqlayıb və deyib: "İki ölkə arasında əlaqələr çox yaxşı bir yoldadır. Biz bu əlaqələri inkişaf etdirmək üçün daha çox səy göstərməyə razılaşdıq. Biz ümid edirik ki,  yaxın gələcəkdə iki ölkə prezidentlərinin görüşü mümkün olacaq".

Əmir Abdullahiyan Ukraynada baş verənlərə də toxunub və deyib: "ABŞ və NATO-nun təxribatçı davranışı Ukrayna böhranını daha da şiddətləndirir və fikrimizcə, ABŞ və NATO-nun müdaxiləsi Rusiya-Ukrayna böhranına kömək etməyəcək". 

Qeyd edək ki, Omanın xarici işlər naziri Bədr Bin Həməd Əl-Busaidi Oman sultanının məktubunu İran prezidentinə çatdırmaq üçün Tehrana səfər edib. 

Teqlər