Fev 28, 2022 08:29 Asia/Baku
  • Rəisi: Ölkələrin ərazi bütövlüyü və milli hakimiyyəti qorunmalıdır

İran bütün ölkələrin ərazi bütövlüyü və milli hakimiyyətinin qorunmasını vurğulayır. Prezident Rəisi belə deyib.

SəhərAzəri-nin məlumatına əsasən, İran İslam Respublikasının prezidenti Nazirlər Kabinetinin iclasındakı çıxışında deyib: “İran İslam Respublikası NATO-nun onilliklər boyu davam edən ekspansionizmi ilə bağlı təhlükəsizlik narahatlıqlarını başa düşməklə yanaşı, bütün ölkələrin ərazi bütövlüyü və milli suverenliyinin qorunub saxlanmasını vacib hesab edir. Biz qəti şəkildə inanırıq ki, diplomatiya və bütün tərəflərin beynəlxalq öhdəliklərə səmimi əməl etməsi mövcud vəziyyətdən yeganə və ədalətli çıxış yoludur.”

Cənab Raisi əlavə edib: “Vətəndaşların və mülki şəxslərin can və mallarının qorunmasına, beynəlxalq və humanitar hüquqlara riayət olunmasına bütün tərəflər ciddi şəkildə diqqət yetirməlidir.”

İran prezidenti Ukraynada qarşıdurmanın dayanması üçün ölkəsinin istənilən diplomatik addımlara hazır olduğunu bildirib.

Qeyd edək ki, bundan öncə İran Xarici İşlər Nazirliyi tərəfləri atəşkəs və sülhə çağırmış, vəziyyətin bu yerə gəlib çatmasında ABŞ və NATO-nu təqsirləndirmişdi.

Teqlər