Mart 01, 2022 11:41 Asia/Baku
  • qeyri-neft ixracatı
    qeyri-neft ixracatı

İranın ticarətin genişləndirilməsi təşkilatının sədri ölkənin qeyri-neft ixracatı üçün əlli beş milyard dollarlıq hədəfin təyin edildiyini bildirib.

SəhərAzəri-nin məlumatına əsasən, Əlirza Peyman Pak IRIB ilə müsahibədə deyib ki, bu il- 1400-cü günəş ilində qeyri-neft ixracatı yaxşı artıma malik olub və hədəfin təyin olunması ilə gələn il bu sahədə əlli beş milyard dollar ədədinə çatacağıq.

Peyman Pak əlavə edib: Bu ilin bəhmən ayının sonunadək qırx beş milyard dollarlıq qeyri-neft ixracatına malik olmuşuq və bu miqdar ilin sonunadək qırx səkkiz milyard dollara çatacaqdır ki, bu artım dövlətin iqtisadi diplomatiyasının nəticəsidir.

İranın ticarətin genişləndirilməsi təşkilatının sədri həmçinin deyib: İxracat artımı Afrika və cənub-şərqi Asiya kimi yeni bazarların inkişafı və qonşu ölkələrə ixracatla müyəssər olubdur.

Ölkədə çox yaxşı tranzit fürsətlərinin mövcud olduğuna toxunan Peyman Pak deyib ki, bu il tranzit gəlirləri yüz faiz artıbdır.

 

Teqlər