İİR əbədiyyətədək Amerikanı gözləməyəcək
İran Xarici İşlər Nazirliyinin sözçüsü deyib ki, İran İslam Respublikası razılığa hazırdır, amma əbədiyyətədək gözləməyəcək.
SəhərAzəri-nin məlumatına əsasən, Səid Xətibzadə bu gün səhər saatlarında, «Tehranın sərt tutacağı təqdirdə, Vaşinqton müzakirələrdən kənara çəkilməyə hazırdır» təhdidi ilə çıxış edən ABŞ dövlət departamenti sözçüsünün ifadəsinə cavabda tvitterdə yazıb: Amerika illər boyudur ki, nüvə anlaşmasından kənara çəkilib. Bu cəhətdən, bu hadisənin bir daha təkrar edilməyəcəyi haqda əminlik əldə olunmalıdır.
«Yekə-yekə danışmaq və hoqqbazlıq nəticə vermədi və verməyəcəkdir də. Nəticə verəcək məsələ, yalnız qərara gəlməkdir.»-deyən İran Xarici İşlər Nazirliyinin sözçüsü söyləyib: Bütün ölkələr özləri üçün «alternativ seçimlər»ə malikdirlər; hərçənd Amerikanın alternativ seçiminin puçluğu bundan öncə sübuta yetibdir.
İran ilə 4+1 qrupu və Avropa Birliyinin koordinatoru arasındakı Vyana müzakirələrinin səkkinci raundu cərəyan etməkdədir.
Bu müzakirələr İranın müzakirə heyətinin təşəbbüsü ilə irəliləyişlərə nail olub, amma qərbli tərəflərin ehmal etmələri danışıqlar prosesinin uzanmasına gətirib çıxarıbdır.