Müharibə Ukrayna böhranının və heç bir digər böhranın həll yolu deyil
İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir-Abdullahian dünən gecə İrlandiya Respublikasının xarici işlər naziri Simon Koveney ilə telefon söhbətində deyib ki, müharibə Ukrayna böhranının və heç bir digər böhranın həll yolu deyil, əlbəttə, böhranın kökündən və NATO-nun regionda militarizmi genişləndirmək üzrə hərəkətlərindən qəflətə qapılmaq olmaz.
SəhərAzəri-nin məlumatına əsasən, Əmir-Abdullahian bu telefon söhbhətində NATO ilə müttəfiqlərinin Rusiyaya qarşı gərginlikyaradan hərəkətlərinə işarə ilə Amerika və NATO-nun Əfqanıstandakı 20 illik xəsarəttörədən iştirak təcrübəsini xatırladıb və belə vurğulayıb: Yəmən böhranı haqda da demək lazımdır ki, müharibə bitməli və siyasi həll yolu ilk prioritet olmalıdır.
İran İslam Respublikasının xarici işlər naziri əlavə edib: BMT Təhlükəsizlik Şurasının Yəmənə dair son qətnaməsi bu ölkənin reallıqlarını nəzərə almayıb və Yəmənə qarşı müharibənin həllinə heç bir kömək etməyəcək.
İrlandiya Respublikasının xarici işlər naziri də bu telefon danışığında Vyana müzakirələrinə toxunub. Bildirib ki, bütün tərəflər yekun addımı atmağa meyl göstərirlər və razılaşma üçün maksimum etimad və əminliyin əldə olunmasına səy göstərilir.
Simon Koveney İran üçün iqtisadi təzminatlar məsələsini önəmli adlandırıb və belə söyləyib: Biz Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsini asanlaşdıran tərəf kimi ikiqat səy göstərmişik və İrlandiya öz növbəsində öz əminlikyaradan rolunu oynaya bilər.
İrlandiya Respublikasının xarici işlər naziri bu telefon danışığında həmçinin BMT Təhlükəsizlik Şurasının Yəmən barədəki son qətnaməsi haqda deyib ki, İrlandiya bu qətnaməyə dəstək vermədi və Yəməndə dialoq ardıncadır.