Mart 04, 2022 18:28 Asia/Baku
  • Məhəmməd Cavad Hac Əli Əkbəri
    Məhəmməd Cavad Hac Əli Əkbəri

Tehranın müvəqqəti imamcüməsi deyib ki, Ukrayna böhranının səhnə arxasında Amerikanın avantüraları durur.

SəhərAzəri-nin məlumatına əsasən, Məhəmməd Cavad Hac Əli Əkbəri bu gün Tehranda yerləşən İmam Xomeyni(r.ə.) adına müsəllada bu həftənin cümə namazı xütbələrində əlavə edib: Biz bu gün təmtəraqla bəzənmiş bir cahilliklə üzləşirik. Şübhə yoxdur ki, Amerikanın mafiya rejimi bu modern cahilliyin təzahürü və simvolu olub, böhran yaradan və böhranda yaşayan bir rejimdir.

Ukrayna hadisələrinə toxunan Tehranın müvəqqəti imamcüməsi Ukrayna böhranının səhnə arxasında Amerikanın avantüralarının durduğunu bildirib və qeyd edib ki, əsas dəlil, Amerikanın mafiya rejimi və onların üzdəniraq qərbli müttəfiqləridir.

Tehranın müvəqqəti imamcüməsi sonra belə deyib: İran İslam Respublikası müharibəyə qarşıdır; ölkələrin ərazi bütövlüklərinə hörmət edir, mülkilərin öldürülməsində və ölkələrin infrastrukturlarının məhvində əlləri olanlarla heç bir vəchlə razılaşmır.

Teqlər