Mart 07, 2022 20:09 Asia/Baku
  • Xətibzadə
    Xətibzadə

İranın Xarici İşlər Nazirliyinin sözçüsü deyib: "İran İslam Respublikası Vyana danışıqlarında ABŞ-ın qeyri-şəffaf mesajları əsasında deyil, onun davranışları əsasında qərar verir".

SəhərAzəri-nin məlumatına əsasən, İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə həftəlik mətbuat konfransında İranın ABŞ-la birbaşa danışıqlara dair mövqeyini şərh edərkən deyib: "İran İslam Respublikasının yanaşması bu günə qədər sabit olub və Tehran ABŞ-ın qeyri-şəffaf mesajlarına görə və ya nəticənin nə olacağını bilmədən deyil, ABŞ-ın davranışına əsasən qərar verir".

Xətibzadə vurğulayıb: "Bu günə qədər ABŞ-ın davranışında hər hansı bir dəyişikliyin şahidi olmamışıq və onlar İran xalqına qarşı maksimum təzyiqi davam etdiriblər".

Xətibzadə MAQATE-nin baş direktoru Rafael Qrossinin Tehrana son səfərinə və əldə edilən razılaşmalara toxunaraq, səfərinin texniki xarakter daşıdığını və Vyana danışıqlarının davamı olduğunu bildirib.

İran Xarici İşlər Nazirliyinin sözçüsü MAQATE-nin texniki sualları ilə Vyanada əldə edilən razılaşmalar arasında birbaşa əlaqənin olduğunu vurğulayıb. 

Xətibzadə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Qərbin Rusiyaya qarşı sanksiyalarının Rusiya-İran münasibətlərinə təsir etməməli olduğu ilə bağlı açıqlamalarına diqqət çəkərək, deyib: "Biz Lavrovun açıqlamalarını media orqanlarında görmüşük və diplomatik kanallardan detalları eşitməyi gözləyirik".

Xətibzadə Vyanada qrup razılaşmasının əldə edilməsində Rusiyanın yanaşmasının konstruktiv olduğunu bildirib və deyib: "İranın sülhməramlı nüvə əməkdaşlığı məhdudlaşdırılmamalı və İranın Rusiya və Çinlə sülhməramlı əməkdaşlığı da daxil olmaqla, heç bir sanksiyaların təsirinə məruz qalmamalıdır".

Sionist rejimin Vyana danışıqları ilə bağlı hərəkətlərinə işarə edən Xətibzadə deyib: "Sionist rejimin hərəkətlərinin hədəfi Avropa paytaxtları və 4+1 ölkələridir. İşğalçı İsrail rejiminin siyasəti qorxu yaratmaq, təxribat törətmək və beynəlxalq məsələlərin istənilən diplomatik həllini manipulyasiya etməkdir".

İranın Xarici İşlər Nazirliyinin sözçüsü İranın NATO-nun militarizmi ilə bağlı mövqeyi barədə deyib: "Rusiyada ABŞ və NATO-nun təxribatları ilə bağlı ciddi narahatlıq var. Lakin müharibə həll yolu deyil və insanlar hökumət münaqişələrindən kənarda qalmalıdırlar".

Teqlər