Amerika güclü anlaşma üçün iradəyə malik deyil
https://azeri.sahartv.ir/news/İran-i386751-amerika_güclü_anlaşma_üçün_iradəyə_malik_deyil
İran Ali Milli Təhlükəsizlik Şurasının katibi bildirib ki, Amerika tərəflər üçün müdafiəolunası və güclü bir anlaşma üzrə iradəyə malik deyil.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 10, 2022 09:29 Asia/Baku
  •  Əli Şəmxani
    Əli Şəmxani

İran Ali Milli Təhlükəsizlik Şurasının katibi bildirib ki, Amerika tərəflər üçün müdafiəolunası və güclü bir anlaşma üzrə iradəyə malik deyil.

SəhərAzəri-nin məlumatına əsasən, Əli Şəmxani bu gün səhər bir tvittdə yazıb: Amerikanın İranın prinsipial təkliflərinə yanaşma tərzi, qəbuledilməz təkliflər irəli sürməsi və puç bəhanələrlə təcili razılaşmaya israr etməsi göstərir ki, Amerika tərəflər üçün müdafiəolunası və güclü bir anlaşma üçün iradəyə malik deyil.

Şəmxani qeyd edib ki, Vyana müzakirələri Amerika tərəfindən siyasi qərar çıxarılmadan hər saat əvvəlkindən daha mürəkkəb olur.