Tehranın cümə namazı xitabətçisi Qərbi tənqid etdi
Tehranın cümə namazı xitabətçisi deyib ki, Ukrayna savaşında ağdərililərlə avropalıları ali hesab etmək, Qərbin biabırçı hərəkətlərindəndir.
SəhərAzəri-nin məlumatına əsasən, Höccətülislam Kazım Seddiqi ABŞ ilə Qərbin Yəmən, Suriya və Fələstin müharibələri və insanların bu ölkələrdə öldürülmələri qarşısında mövqe tutmamaları, amma Rusiya-Ukrayna savaşında mövqe tutmalarını tənqid edib.
Höccətülislam Seddiqi əlavə edib: Əgər İran Suriya və Livanda iştirak edir və məzlum Fələstinlə bağlı güclü himayədar hesab olunursa, bu, ona görədir ki, sionist rejim-Fələstin və Yəmən-səud koalisiyası müharibələri haqq ilə haqsızlıq arasında gedən müharibələrdir.
İranın müharibəyə, qırğına və infrasturkturların dağıdılmasına qarşı çıxdığını vurğulayan Tehranın cümə namazı xitabətçisi deyib ki, Rusiyanın Ukrayna ilə müharibəsi mənafe ilə təzad təşkil edir.
Höccətülislam Seddiqi söyləyib: Amerika ilə Qərbin biabırçılıqları bir daha Ukrayna müharibəsində dünya xalqlarına sübut etdi ki, onlar Yəmən və Fələstindəki müharibələr, Amerikanın Suriyadakı qanunsuz iştirakı və qırğın və yeraltı ehtiyatların qarət edilməsinin davam etməsi qarşısında heç bir məzlumun xeyrinə mövqe tutmayıblar, amma Ukraynada onların şeypurları səsləndi.