Apr 02, 2022 19:03 Asia/Baku
  • Səid Xətibzadə
    Səid Xətibzadə

İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi insan hüquqları şurasının iclasında qəbul edilmiş anti-İran insan hüquqları qətnaməsini rədd edib və onu qeyri-legitim adlandırıb.

SəhərAzəri-nin məlumatına əsasən, İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Səid Xətibzadə cümə günü, “İran İslam Respublikasında insan hüquqlarının vəziyyəti” adlı qətnamənin insan hüquqları şurasında qəbul edilməsinə reaksiyada deyib: Özləri başqa xalqların hüquqlarını pozan ölkələr, bir ölkədə insan hüquqlarının vəziyyəti üzrə hakim və ya iddiaçı qismində iştirak edə bilməzlər.

Qərb ölkələrinin İranı bədnam etmək və İranofobiya planınını davam etdirmək üzrə səylərinə toxunan İran Xarici İşlər Nazirliyinin mətbuat katibi deyib: Təcavüzkar, qəsbkar və müstəbid rejimlərə silah satışı kimi yollarla insan hüquqlarını biabırçı tərzdə pozmaq sahəsində uzun keçmişə malik olan bu ölkələr insan hüquqlarını öz siyasi qərəzləri və tamahkarlıqlarının irəlilədilməsi üzrə bir alətə çeviriblər.

Xətibzadə söyləyib: Etikadan uzaq və üzrsüz hərəkətlər, nəinki dünya səviyyəsində insan hüquqlarının vəziyyətinin yüksəlişinə və ona hörmətə kömək etməyəcək, həm də sırf olaraq, xalqlara qarşı siyasi damğalar və neqativ streotiplərin qızışdırılmasına bais olacaq,/ insan hüquqlarının əsl anlamına ciddi ziyanlar vuracaq.

“Son illər ərzində insan hüquqları şurasının qətnamələrində görünən hallar, əslində İran İslam Respublikasının əleyhinə yönəlmiş qətnaməni işləyib hazırlayanlar tərəfindən birtərəfli ittihamlandırma olub”-deyən Səid Xətibzadə vurğulayıb: Amerikanın iqtisadi terrorizmindən qaynaqlanan qəddarcasına təzyiqlərə rəğmən, öz vətəndaşları və beynəlxalq ictimaiyyət qarşısındakı öhdəliklərinə daim sadiq qalan İran kimi ölkələr üçün insan hüquqları sahəsində, başqa bir ölkədən olan xüsusi məruzəçinin təyin edilməsi, ümumiyyətlə, üzrsüz və qeyri-konstruktiv bir hərəkətdir.

 

Teqlər