Apr 08, 2022 11:29 Asia/Baku
  •  Hüseyn Əmir-Abdullahian
    Hüseyn Əmir-Abdullahian

İranın xarici işlər naziri deyib: İran yaxşı, güclü və dayanıqlı bir razılaşmaya çatmağa əzmkardır və Amerika çoxtələblilik, həmçinin işin yolunda maneə və əngəl törətməyin yerinə, gerçək yanaşma ilə rəftar etməlidir.

SəhərAzəri-nin məlumatına əsasən, İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian dünən Serbiyanın xarici işlər naziri Nikola Selakoviçlə telefon söhbətində Vyana danışıqları barədə bildirib ki, Çin, Rusiya və üç Avropa ölkəsi razılaşmaya çatmaq yolunda konstruktiv mövqelərə malikdirlər.

Əmir-Abdullahian Avropa Birliyinin, xüsusən bu birliyin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrelin və Avropa İttifaqının müzakirə heyətinin başçısı Enrike Moranın səylərini də müsbət dəyərləndirib.

Nikola Selakoviç də Vyana danışıqlarının tez bir zamanda qənaətbəxş bir nəticəyə çatacağına ümid etdiyini bildirib.

 

Teqlər