İranın valyuta ehtiyatlarının azad edilməsinin Amerikaya dəxli yoxdur
İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi vurğulayıb ki, İranın valyuta ehtiyatlarının azad edilməsinin Amerikaya SəhərAzəri-nin məlumatına əsasən, dəxli yoxdur.
SəhərAzəri-nin məlumatına əsasən, Səid Xətibzadə bu gün mətbuat konfransında deyib: İranın valyuta ehtiyatlarının bir hissəsinin azad edilməsi barədə razılaşmalar əldə olunub. Bunun Amerikaya dəxli yoxdur və ona bu məsələyə müdaxilə icazəsi verməyəcəyik.
İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi əlavə edib: İranın valyuta ehtiyatlarının azad edilməsi, əmtəə mal ixracatları və göstərilmiş xidmətlərlə bağlıdır və üçüncü ölkələrlə əlaqəsi yoxdur. Amerika hər məsələyə qarışmaq istəyir ki, bu da onun iddialarından uzaqdır.
Ordu gününü əziz tutan Xətibzadə Vyana danışıqlarında qalmış məsələlər barədə belə deyib: Vyana danışıqlarının mövzuları hamıya yaxşı aydın olub. Bütün məsələlər barədə razılaşmayınca, heç bir məsələ barədə razılığa gəlməyəcəyik.
İran Xarici İşlər Nazirliyinin mətbuat katibi həmçinin deyib: Hələ bəzi məsələlər qalır. Nüvə anlaşmasında bir dəyişiklik olmayacaq. Yerdə qalan məsələlər başa çatanda deyə bilərik ki, anlaşma əlçatandır.
Xətibzadə sionist rejimin Məscidüləqsada namazqılanlara qarşı hücumu barədə isə belə söyləyib: Bir daha saxta sionist rejimin hörmətsizliyi və namazqılanlara qarşı hücumunun şahidi olduq. Ötən bir neçə həftə ərzində Fələstin xalqı çox sayda şəhid təqdim etdi. Beynəlxalq təşkilatların sükuta daldıqlarının şahidiyik.
İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi daha sonra deyib: İran İslam Respublikası islami əməkdaşlıqlar və beynəlxalq təşkilatlar səviyyəsində addımlarını atıb. İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian da İslam Əməkdaşlığı Təşkilatına bir məktub göndərib.