Apr 22, 2022 13:55 Asia/Baku
  • Hüseyn Əmir-Abdullahian
    Hüseyn Əmir-Abdullahian

İran İslam Respublikasının xarici işlər naziri bildirib ki, diplomatiya yolu yaxşı işləyir və yaxşı və dayanıqlı bir anlaşmaya nail olmaqdan uzaqlaşmamışıq.

SəhərAzəri-nin məlumatına əsasən, İran və Suriyanın xarici işlər nazirləri Hüseyn Əmir-Abdullahian ilə Feysəl Miqdadın telefon söhbətində İranın xarici işlər naziri əməkdaşlıqların müxtəlif səviyyələrdə davam etməsi və iki ölkənin əlaqələrin inkişafına xüsusi ciddi-cəhd göstərmələrindən razılıq edib.

Əmir-Abdullahian xüsusən özəl sektorda iqtisadi münasibətlərə təkan verilməsi məqsədilə birgə komissiyanın iclasının keçirilməsini alqışlayıb.

Sionist rejim tərəfindən Məscidüləqsanın müqəddəs məkanına qarşı hörmətsizliyin edilməsini kəskin tərzdə pisləyən İranın xarici işlər naziri qeyd edib ki; biz hər gün sionistlərin Məscidüləqsadakı cinayətlərinin şahidiyik.

İranın diplomatiya aparatının başçısı Ümumdünya Qüds Günü ərəfəsində sionistlərin təcavüzlərinin pislənilməsi, həmçinin Fələstinin və Qüdsi-Şərifin müdafiəsi istiqamətində İslam Dünyasının hökumət və parlamentləri, habelə müsəlman xalqlar tərəfindən güclü və möhkəm mesajlar veriləcəyinə ümidvarlıq edib.

İran İslam Respublikasının xarici işlər naziri bu telefon danışığının digər bir hissəsində nüvə müzakirələri prosesinə də toxunub: Avropa Birliyi vasitəsilə bizimlə amerikalılar arasında mesajlar mübadiləsi həyata keçirilməkdədir və bu yolda dəfələrlə vurğulamışıq ki, İran İslam Respublikası nə çoxtələbliklərə məhəl qoyacaq, nə də ki, öz qırmızı xəttindən geri çəkilməyə hazır olacaq.

O, əlavə edib: Diplomatiya yolu yaxşı işləyir və yaxşı və dayanıqlı bir anlaşmaya nail olmaqdan uzaqlaşmamışıq.

Suriyanın xarici işlər naziri Feysəl Miqdad da iki tərəfin yüksək səviyyəli əlaqələrindən razılıq ifadə edib,/ rəsmi Dəməşqin əməkdaşlıqları genişləndirmək üçün birgə komissiyanın iclasının tez bir zamanda keçirilməsinə hazır olduğunu bildirib.

Sionistlərin cinayətləri və Məscidüləqsaya qarşı hörmətsizliklərini kəskin tərzdə pisləyən Suriyanın xarici işlər naziri İslam İnqilabının Böyük Rəhbəri, İran İslam Respublikasının dövləti və xalqının Fələstin müqavimətini himayə istiqamətindəki prinsipial mövqeləri və rollarına görə təşəkkür edib.

 

Teqlər