Apr 28, 2022 13:32 Asia/Baku
  • İran və Pakistanın XİN başçıları arasında telefon söhbəti olub

İran İslam Respublikasının xarici işlər naziri ilə Pakistanın yeni xarici işlər naziri arasında telefon söhbəti olub.

SəhərAzəri-nin məlumatına əsasən, İran xarici işlər naziri bu telefon söhbətində öncə pakistanlı həmkarını bu vəzifəyə seçilməsi münasibətilə təbrik edib, ona, işlərində uğurlar diləyib.

Bilaval Bhutto-Zərdari ilə telefon danışığında onu Tehrana səfərə dəvət edən Hüseyn Əmir-Abdullahian, iki ölkə münasibətlərinin genişlənəcəyinə ümid etdiyini bildirib.

Əmir-Abdullahian Bhutto-Zərdariyə xitabən deyib: Ümid edirəm ki, sizin Pakistanın diplomatiya aparatını idarə edəcəyiniz dövrdə iki ölkə münasibətlərinin daha da genişlənməsinin şahidi olacağıq.

İranın diplomatiya aparatının başçısı söyləyib: İran İslam Respublikası və Pakistan bu il öz münasibətlərinin 75-ci ildönümünü qeyd edəcəklər. Geniş mədəni, tarixi və dil ortaqlıqlarına söykənən bu münasibətlər, müsəlman ölkələr arasındakı əlaqələr üçün bir örnək ola bilər.

İranlı həmkarının səmimi təbrikinə görə təşəkkür edən Pakistan İslam Respublikasının xarici işlər naziri Bilaval Bhutto-Zərdari də ölkəsinin, dost ölkə olan İranla yaxşı əlaqələrinə və iki ölkənin xalq, tarix və mədəniyyət ortaqlıqlarına işarə edib.

Teqlər