May 03, 2022 13:12 Asia/Baku
  • Fitr bayramı namazı Tehran Universitetində qılınıb

Tehranda səadətli Fitr bayramı namazı bu şəhərin müvəqqəti cümə namazı xitabətçisi höccətülislam vəlmüslimin Kazım Sədiqinin imaməti və xalqın geniş iştirakı ilə Tehran Universitetində qılınıb.

SəhərAzəri-nin məlumatına əsasən,Fitr bayramı namazı mərasimi həmçinin pak Rəzəvi hərəmində, eləcə də İranın müxtəlif şəhərlərindəki 1300-dən çox müqəddəs dini məkan və ziyarətgahda keçirilib.

Koronavirus epidemiyasına görə, iki il fasilədən sonra keçirilən səadətli və mənəvi Fitr bayramı namazı mərasimi Tehran Universitetindən əlavə, Tehran vilayətindəki mindən çox məsciddə,/ əksərən açıq mühitdə və səhiyyə protokollarına riayət edilməklə keçirilib.

Ərəbistan, Türkiyə, Azərbaycan Respublikası, Misir, Qətər, Küveyt və Fələstin də daxil olmaqla bəzi islami ölkələrdə dünən, İran İslam Respublikası, İraq və Pakistan kimi bəzi digər islami ölkələrdə isə bu gün səadətli Fitr bayramıdır.

Teqlər