May 05, 2022 11:55 Asia/Baku
  •  Məcid Təxti-Rəvançi
    Məcid Təxti-Rəvançi

İranın BMT-dəki səfiri və nümayəndəsi sanksiyaların beynəlxalq hüquq normaları və BMT nizamnaməsinin humanitar hüquqları ilə təzad təşkil etdiyini bildirib.

SəhərAzəri-nin məlumatına əsasən, Məcid Təxti-Rəvançi birtərəfli sanksiyaların sanksiya altında olan ölkələrə və adi əhaliyə göstərdiyi neqativ təsirlər barədə BMT-nin beynəlxalq əlaqələr bölməsinin səylərinin davam etdirilməsini istəyib.

İranın BMT-dəki səfiri yerli vaxtla çərşənbə günü BMT Baş Assambleyasının informasiya komitəsindəki çıxışında birtərəfli qanunsuz sanksiyaları pisləyib və belə söyləyib: Bu sanksiyalar sanksiya altında olan ölkələr üçün maliyyə, ticari və iqtisadi problemlərin artmasına səbəb olub. Sanksiyalar bu ölkələrin iqtisadi inkişaflarını zəiflətməklə yanaşı, xarici maliyyə mənbələrinə əlçatanlıqda məhdudiyyətlərin yaradılması vasitəsilə tibbi xammal və təchizatların əldə edilməsinə mane olur.

İran İslam Respublikasının baş diplomatı deyib: Təəssüflə, bəzi ölkələr, öz modern rabitə texnologiyaları inhisarından,/ inkişaf etməkdə olan ölkələr xüsusiyyət təşkil etməklə digər ölkələrin reallıqlarını təhrif edib, saxtalaşdırılmaq üçün istifadə edirlər. Və beləliklə, həmin ölkələrin maraqları və imiclərinə xələl gətirirlər ki, bu xoşagəlməz vəziyyətin beynəlxalq ictimaiyyət tərəfindən dərhal araşdırılması zərurət təşkil edir.

Məcid Təxti-Rəvançi sonra Qərbdə inkişaf etməkdə olan islamofobiya fenomeninə işarə ilə söyləyib: Qərbdəki bəzi siyasi şəxsiyyətlərin təəssüblü və təhrikedici cəfəngiyyatları/ və İslama zidd medialar tərəfindən qızışdırılan dünyanın müxtəlif nöqtələrində İslama və müsəlmanlara qarşı nifrətyayma atmosferinin yaradılması prosesi, kəskin nigarançılığa zəmin yaradır.

İranın BMT-dəki səfiri və nümayəndəsi vurğulayıb: Dünya ictimaiyyətinin/ bu fenomeni pisləməsi və müsəlmanların ilkin hüquqlarının pozulması və islamofobiya ilə mübarizə üçün lazımi tədbirlər görməsinin/ vaxtı gəlib çatıbdır.

O, vurğulayıb: Bu istiqamətdə biz BMT-nin beynəlxalq əlaqələr bölməsindən istəyirik ki, xüsusən islamofobiya ilə mübarizə üzrə beynəlxalq gün kimi on beş martı qeyd etmək yolu ilə bu fenomenə baxılması üzrə səylərini davam etdirsin.

 

Teqlər