BMT-nin xüsusi məruzəçisinin İrana səfər proqramı açıqlanıb
-
Kazım Qəribabadi
İran İslam Respublikası məhkəmə hakimiyyətinin insan hüquqları qərargahının katibi BMT-nin xüsusi məruzəçisinin İrana səfər proqramını açıqlayıb.
SəhərAzəri-nin məlumatına əsasən, Kazım Qəribabadi deyib: BMT-nin xüsusi məruzəçisinin İrana səfəri onun İran xalqına qarşı sanksiyaların dağıdıcı təsirləri ilə tanış olması üçün bir fürsətdir.
Qəribabadi BMT-nin birtərəfli icbari tədbirlərin mənfi təsirlərinin araşdırılması məsələsi üzrə xüsusi məruzəçisi Alyona Douhanın İran İslam Respublikasına səfəri ilə bağlı bildirib ki, BMT-nin xüsusi məruzəçisinin İrana səfər xahişinin qəbul edilməsinin ardınca Douhan mayın səkkizindən etibarən, İrana onbirgünlük səfərə çıxacaq.
İran İslam Respublikası məhkəmə hakimiyyətinin insan hüquqları qərargahının katibi həmçinin deyib: Douhanın əsas tapşırığı, birtərəfli icbari tədbirlərin İran xalqının insan hüquqlarından bəhrələnməsi üzərindəki mənfi təsirlərinin araşdırılmasıdır. Bu istiqamətdə o, İranın dövlət orqanları və qeyri-dövlət təşkilatlarının, eləcə də özəl sektorun nümayəndələri ilə müxtəlif görüşlər keçirəcək.