Amerikanların Sepah-a qarşı kin-küdurətləri bitən deyil
https://azeri.sahartv.ir/news/İran-i388814-amerikanların_sepah_a_qarşı_kin_küdurətləri_bitən_deyil
İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın baş komandanı deyib ki, amerikanların inqilabçı qüvvə olan Sepah-a qarşı kin-küdurətləri gerçək bir məsələ və bitməyəcək bir mövzudur.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 06, 2022 07:54 Asia/Baku
  • General-mayor pasdar Hüseyn Salami
    General-mayor pasdar Hüseyn Salami

İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın baş komandanı deyib ki, amerikanların inqilabçı qüvvə olan Sepah-a qarşı kin-küdurətləri gerçək bir məsələ və bitməyəcək bir mövzudur.

SəhərAzəri-nin məlumatına əsasən, General-mayor pasdar Hüseyn Salami dünən Sepah-ın pak Rəzəvi hərəmində keçirilən ümumölkə Qurani-Kərim müsabiqəsinin bağlanış mərasimində çıxış edib. O, Sepah-a qarşı sanksiyaların ləğv edilməsinə mane olmaq məqsədilə ABŞ senatında ikinci anti-İran layihənin qəbul olunmasına işarə ilə qeyd edibdir ki, amerikanların Sepah-a qarşı kin-küdurətləri tamamilə təbiidir.

General-mayor pasdar Salami həmçinin deyib: İslam İnqilabının Böyük Rəhbərinin bəyanatına əsasən, İslam dininin məntiqində kütləvi qırğın silahlarına yer yoxdur. O həzrətin bu bəyanatı bir taktika olmayıb, İslamın göstərişidir.

İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanı əlavə edib: Vəliyyi Fəqih nüvə silahlarına malik olan böyük güclərlə qarşılaşmada bu cür mövqe tutur və ilahi ayələrə riayət üçün kütləvi qırğın silahlarını qadağan edirlər. Bunlar o həzrətin Quranın hüzurunda tərbiyə aldıqlarını göstərir.