May 08, 2022 17:59 Asia/Baku
  • İran Ukraynada müharibəyə qarşıdır

İranın xarici işlər naziri deyib ki, Ukrayna-Rusiya siyasi müzakirələri müharibənin tez bir zamanda dayandırılması və Ukraynada atəşkəsin bərqərarı ilə nəticələnməlidir.

SəhərAzəri-nin məlumatına əsasən, Hüseyn Əmir-Abdullahian öz polyak həmkarı Zbiqnev Rao ilə görüşdən sonra onunla birgə mətbuat konfransında bildirib ki, İran İslam Respublikası Ukraynada və dünyanın hər bir nöqtəsində müharibəyə qarşıdır.

O, əlavə edib: İran/ İraq, Əfqanıstan, Yəmən və Suriyada, həmçinin dünyanın hər bir nöqtəsində müharibəyə qarşı çıxmaqla yanaşı, bu qənaətdədir ki, Ukraynada böhranın həll yolu, siyasidir və siyasi müzakirələr müharibənin tez bir zamanda dayandırılması və bu ölkədə atəşkəsin bərqərarı ilə nəticələnməlidir.

Əmir-Abdullahian həmçinin Ukrayna xarici işlər naziri ilə telefon əlaqələrinə işarə ilə qeyd edib ki, üç dəfə Ukrayna xarici işlər naziri ilə bu ölkə hadisələri barədə telefonla söhbət edib və Rusiyanın xarici işlər naziri ilə iki etapda görüşüb və Ukrayna xarici işlər nazirinin atəşkəs xahişi və Rusiyanın diplomatiya aparatının başçısı ilə danışıqlara hazırlığını elan edib.

Teqlər