Fars Körfəzi tarixi, mədəniyyəti və sivilizasiyası konfransı
https://azeri.sahartv.ir/news/İran-i388972-fars_körfəzi_tarixi_mədəniyyəti_və_sivilizasiyası_konfransı
Fars Körfəzi universitetinin ev sahibliyi ilə Fars Körfəzi tarixi, mədəniyyəti və sivilizasiyası adlı ikigünlük beynəlxalq konfrans İranın Buşehr şəhərində fəaliyyətə başlayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 11, 2022 10:29 Asia/Baku
  • Fars Körfəzi tarixi, mədəniyyəti və sivilizasiyası konfransı

Fars Körfəzi universitetinin ev sahibliyi ilə Fars Körfəzi tarixi, mədəniyyəti və sivilizasiyası adlı ikigünlük beynəlxalq konfrans İranın Buşehr şəhərində fəaliyyətə başlayıb.

SəhərAzəri-nin məlumatına əsasən, Fars Körfəzi universitetinin rektoru Məhəmməd Müdərrisi bu gün konfransın açılış mərasimində deyib: Tarixi sənəd və faktlara əsasən, Fars Körfəzi daima tarix, mədəniyyət və sivilizasiya ocağı olub və bu konfransın keçirilməsində məqsəd də həmin mühüm məsələnin qorunmasıdır.

Müdərrisi əlavə edib: Bu sivilizasiya sahəsində mədəni-ictimai münasibət və analşmaların, həmçinin müxtəlif regional və regionaşırı sahələr üzrə münasibətlərin genişlənməsi Fars Körfəzi tarixi, mədəniyyəti və sivilizasiyası adlı beynəlxalq konfransın digər hədəflərindəndir.