B.Əsədin İrana səfəri strateji olub
Tehranın müvəqqəti imamcüməsi buhəftəki cümə namazı xütbələrində Suriya prezidenti Bəşşar Əsədin Tehrana səfərinə və İslam İnqilabının Böyük Rəhbərilə görüşünə işarə ilə həmin səfəri strateji səfərlərdən adlandırıb.
əhərAzəri-nin məlumatına əsasən, Ayətullah Seyid Əhməd Xatəmi deyib: Bu səfər müqavimət cəbhəsinin güclənməsinə səbəb oldu və Suriya sionist rejimlə mübarizədə müqavimətin ön xəttindədir.
Xatəmi həmçinin Qətər əmiri Şeyx Həməd bin Ali-Saninin İnqilab Rəhbəri ilə görüşü və onun iqtisadi önəmi haqda danışıb: Bu səfər iqtisadi əməkdaşlığın genişlənməsi baxımından önəmli olsa da, görüşdəki mühüm cəhət, İslam İnqilabının Böyük Rəhbərinin buyurduqları olubdur ki; «Sionistlər ayaq basdıqları hər bir yerdə pozğunluq yaradırlar». Bu görüş anti-sionist bir manevr idi.
Tehranın müvəqqəti imamcüməsi həmçinin deyib: Fars Körfəzi ətrafındakı ölkələr qüdrətli İrana etimad etməlidirlər, çünki həssas anlarda onların dadına çatan, məhz İrandır.