May 16, 2022 13:41 Asia/Baku
  • Xətibzadə
    Xətibzadə

İran Xarici İşlər Nazirliyinin sözçüsü Avropa İttifaqının Vyana danışıqları üzrə koordinatoru Enrike Moranın Tehrana son səfəri zamanı İranın xüsusi təşəbbüslər və təkliflər irəli sürdüyünü bildirərək, deyib: "İndi ABŞ tərəfi öz siyasi qərarını verməlidir".

SəhərAzəri-nin məlumatına əsasən, Səid Xətibzadə həftəlik mətbuat konfransında deyib: "Avropa İttifaqının nüvə danışıqları üzrə koordinatoru Enrike Moranın Tehrana son səfəri zamanı İran problemlərin həlli üçün bir sıra həll yolları təklif etdi və Amerika tərəfi bu təkliflərə müsbət cavab verərsə, bütün tərəflərin Vyanaya qayıda biləcəyi bir mövqedə ola bilərik".

Xətibzadə İranın hər zaman qanuni hüquqlarını tələb etdiyini və Tramp administrasiyası tərəfindən tətbiq edilən bütün sanksiyaların və maksimum təzyiqin tamamilə aradan qaldırılmasının lazım olduğunu vurğulayıb.

İran Xarici İşlər Nazirliyinin sözçüsü sionist rejimin hərəkətlərinə toxunaraq, deyib: "Nə vaxt diplomatiya hövzəsində bir təşəbbüs hazırlanırsa, rejim buna qarşı tədbir görür. Bu yeni məsələ deyil".

Əfqanıstanda baş verən hadisələrlə bağlı Xətibzadə bildirib ki, Əfqanıstandakı müvəqqəti hakimiyyət ölkə daxilində təhlükəsizliyi təmin etmək və terrorçu qrupların qonşular üçün təhlükə yaratmaması üçün müəyyən məsuliyyət daşıyır.

İran diplomatiya aparatının sözçüsü qeyd edib ki, Tehran Əfqanıstanın bütün xalqı və etnik qrupları haqqında ciddi və onların vəziyyətindən narahatdır.

"İran İslam Respublikasının mövqeyi Əfqanıstan həqiqətlərinə əsaslanan prinsipial mövqedir", - deyə o, əlavə edib.

Teqlər