İran parlamentinin vitse-spikeri Bakıda açıqlama verdi
İran qonşularla yaxşı münasibətlərin qurulmasının tərəfdarıdır
May 17, 2022 21:08 Asia/Baku
İran İslam Şurası Məclisi sədrinin birinci müavini ölkəsinin qonşularla yaxşı münasibətlərin qurulmasının tərəfdarı olduğunu bildirib.
SəhərAzəri-nin məlumatına əsasən, Əli Nikzad İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Bakıda keçirilən Üçüncü Ümumi Konfransında deyib ki, İran qətiyyətlə İƏT-də əməkdaşlığın daha da gücləndirilməsinə çalışır və İran özünə qarşı zalım sanksiyalara baxmayaraq həmişə bölgədə sülhün tərəfdarı olub.
Onun sözlərinə görə, İran xarici siyasətdə qonşularla yaxşı münasibətlərin qurulmasının tərəfdarıdır: “Onu da qeyd edim ki, pandemiyadan digər ölkələr kimi İran da ziyan çəkib. İqtisadiyyatın bərpası bütün ölkələrin gündəmindədir”.