May 20, 2022 20:35 Asia/Baku
  •  general-mayor pasdar Hüseyn Salami
    general-mayor pasdar Hüseyn Salami

İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın baş komandanı deyib: İran xalqı bu həqiqətlə tanışdır ki, ölkənin istiqlaliyyəti, əzəməti və ləyaqəti,/ quruluşun və inqilabın müdafiəsi səhnəsində qalmaqdan asılıdır.

SəhərAzəri-nin məlumatına əsasən, Məhəmməd Rəsulallah(s.ə.s.) qoşunlarının iri toplantısında İran xalqının öz düşmənlərinə unudulmaz dərslər verdiyini bildirən general-mayor pasdar Hüseyn Salami, deyib: Amerika ötən qırx üç ildə bir an da olmuş olsa belə, İran xalqına qarşı fitnəkarlıqdan əl çəkməyib. Qarşı tərəfdə də İran xalqı daima bu fitnələri zərərsizləşdiribdir. Düşmən tamamilə tənəzzül etməkdə olub. Onun Əfqanıstandan qaçdığını, Yəməndə məğlubiyyətə uğradığını və İraqdan tədricən qaçmaqda olduğunu bütün dünya görübdür.

 

Teqlər