May 21, 2022 10:41 Asia/Baku
  • Rəisi: Urmiyə gölü xilas edilməlidir

İran İslam Respublikasının prezidenti qurumaq təhlükəsilə üzləşmiş Urmiyə gölünə baş çəkib.

SəhərAzəri-nin məlumatına əsasən, prezident Seyid İbrahim Rəisi Qərbi-Azərbaycan vilsayətinə səfəri çərçivəsində Urmiyə gölü ilə bağlı görülən işlərlə tanış olub.

SalamNews İRNA-a istinadən xəbər verir ki, İbrahim Rəisi təyyarə ilə Urmiya gölünün üstündən uçub və burada gölün qurumasının qarşısının alınması istiqamətində görülən işlərlə tanış olub.

Məlumata görə cənab Rəisi Urmiyə şəhərindən Mahabada gedən zaman gölün üzərindən keçib və burada gölün xilas edilməsi işləri ilə bağlı yeni göstətişlər verib.

Qeyd edək ki, 10 ildən çoxdur Urmiyə gölündə quruma prosesi gedir. İran hökumətinin addımlarına baxmayaraq gölün quruması təhlükəsi hələ də qalmaqdadır.

Teqlər