İran və Rusiya sanksiyaları təsirsiz edəcəklər
İranın neft naziri vurğulayıb ki, İran və Rusiya sanksiyaları təsirsiz edəcəklər.
SəhərAzəri-nin məlumatına əsasən,Cavad Oci bu gün Tehranda İran və Rusiyanın rəsmiləri və müxtəlif kommersiya qruplarının toplantısında deyib: 13-cu dövlətdə Rusiya ilə ticarət əlaqələri səviyyəsini ildə qırx milyard dollara çatdırmaq niyyətindəyik.
İranın neft naziri əlavə edib: İran və Rusiya sanksiya altındadırlar, amma bütün sahələrdə əlaqələri genişləndirmək və əməkdaşlıq etməklə sanksiyaları təsirsiz etmək imkanı var.
Rusiyanın energetika naziri Aleksandr Novak da deyib: İqtisadi və ticari sahələrdə İran İslam Respublikası Rusiyanın qədim və mötəbər ticari və iqtisadi ortağıdır.
İranın neft naziri ilə Rusiyanın energetika nazirinin görüşündə də tərəflər sanksiyaların zərərsizləşdirilməsi sahəsində həmkarlıqlara təkid ediblər.