"İranın müdafiə proqramları barədə onlar fikir yürüdə bilməzlər"
https://azeri.sahartv.ir/news/İran-i389729-İranın_müdafiə_proqramları_barədə_onlar_fikir_yürüdə_bilməzlər
İran İslam Respublikası 6 Ərəb ölkəsinin nüvə danışıqlarında iştirakına dair tələblərini rədd edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 02, 2022 07:22 Asia/Baku

İran İslam Respublikası 6 Ərəb ölkəsinin nüvə danışıqlarında iştirakına dair tələblərini rədd edib.

SəhərAzəri-nin məlumatına əsasən, İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə deyib ki, Ərəb dövlətləri dünyada Amerikanın və digər Qərb dövlətlərinin silahlarının bazasına çevriliblər. Bu ölkələr elə bir məqamda deyillər ki, İranın raket proqramı və müdafiə xarakterli digər proqram və siyasəti barədə fikir yürüdə bilsinlər.

Fars Körfəzi ərəb dövlətlərinin Qərbin İranla apardığı nüvə danışıqlarına qatılmaq istəklərinə münasibət bildirən Xətibzadə bildirib ki, Fars Körfəzi Əməkdaşlıq Şurası ölkələri müdafiə xarakterli proqramlarla bağlı fikir yürüdə bilməzlər.

Qeyd edək ki, Fars Körfəzində yerləşən varlı Ərəb dövlətləri İranla aparılan nüvə danışıqlarına qatılmalarını və onların tələblərinin də bu müzakirələrdə gündəmə gətirilməsini istəyiblər.

Bu ölkələrin bəyanatında “İranın nüvə proqramı və raket arsenalının, digər ölkələrdə silahlı birləşmələri dəstəkləməsi” və sair iddialar ərəb dövlətlərini narahat edən məqam kimi yer alıb.

Qeyd edək ki, İranla böyük dövlətlərin nüvə sazişinin bərpası ilə bağlı apardığı danışıqlarda durğunluq yaranıb. İran ABŞ-ı bu danışıqlarda gecikmələrə görə ittihamlandırır.