İyun 03, 2022 19:50 Asia/Baku
  • Əmir Abdullahian MAQATE-də istənilən siyasi hərəkətlə bağlı xəbərdarlıq edib

İranın xarici işlər naziri ABŞ və üç Avropa ölkəsinin MAQATE-nin Direktorlar Şurasının iclasında istənilən siyasi addımına, İranın dərhal, təsirli və mütənasib şəkildə cavab verəcəyini vurğulayıb.

SəhərAzəri-nin məlumatına əsasən, Hüseyn Əmir Abdullahian Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrell ilə telefon danışığında İrana qarşı sanksiyaların aradan qaldırılması ilə bağlı Vyanada aparılan danışıqların son vəziyyəti, eləcə də İran-Avropa İttifaqı münasibətlərindəki digər məsələləri müzakirə edib.

Telefon danışığında Əmir Abdullahian İran İslam Respublikasının yaxşı, güclü və davamlı razılaşma əldə etmək əzmində olduğunu bildirib və əlavə edib: "ABŞ və üç Avropa ölkəsinin İrana qarşı qətnamə layihəsi hazırlamaqda atddığı addım diplomatik praktikaya zidd, tələsik və qeyri-konstruktiv bir davranışdır ki, danışıqlar prosesini daha çətin və mürəkkəbləşdirəcək".

Əmir Abdullahiyan İran parlamenti, İslam Şurası məclisinin təsdiqlədiyi "Sanksiyaların ləğvi və İran xalqının mənafeyinin qorunması üçün strateji fəaliyyət planı" qanununa işarə edərək, xəbərdarlıq edib ki, ABŞ və üç Avropa ölkəsinin MAQATE-nin iclasında siyasi motivli hər hansı addımı, şübhəsiz ki, İranın dərhal, təsirli və mütənasib cavabı ilə  üzləşəcək. 

O, Cozef Borrelin səylərini yüksək qiymətləndirib və İranın Vyana danışıqlarını real və razılaşdırılmış şəkildə davam etdirməyə və yekunlaşdırmağa hazır olduğunu və iradəsini bir daha bəyan edib.

Əmir Abdullahian bütün dünyada qeyri-qanuni nüvə fəaliyyətlərinin əsas günahkarı olan sionist rejimin dağıdıcı hərəkətlərinə toxunaraq, Direktorlar Şurasının iclası ərəfəsində Beynəlxalq Atom Enerjisi Agentliyinin direktoru Rafael Qrossinin Təl-Əvivə səfərinin tərəfsizlik prinsipi və MAQATE-nin texniki statusunu pozduğunu bildirib.

Aİ-nin xarici siyasət rəhbəri Cozef Borrell də öz növbəsində danışıqların dayandırılması istiqamətində bəzi səyləri tənqid edərək, danışıqların nəticə verməsi üçün proseslərin sürətləndirilməsinin vacibliyini vurğulayıb.

Borrell, danışıqları davam etdirməsinin vacibliyini vurğulayaraq, Agentlikdəki mənfi atmosferdən uzaq olmaq üçün bütün tərəfləri nüvə anlaşması üzrə öhdəliklərinə qaytarmaq üçün danışıqları davam etdirməyə çağırıb.

Tərəflər MAQATE-nin peşəkarlığına və qərəzsizliyinə ehtiyac olduğunu vurğulayıblar.

Teqlər