Əmir-Abdullahiyan Hindistan rəsmisilə görüşüb
İranın xarici işlər naziri Hindistan milli təhlükəsizlik müşaviri ilə iki ölkə həmkarlıqlarının genişləndirilməsi haqda söhbət edib.
SəhərAzəri-nin məlumatına əsasən, Bu günün səhər saatlarında bir nümayəndə heyətilə Dehliyə daxil olan Hüseyn Əmir-Abdullahiyan Hindistanın milli təhlükəsizlik müşaviri Acit Duval ilə görüşüb və onunla ikitərəfli əlaqələr və tərəfləri maraqlandıran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıb.
Əmir-Abdullahiyan bu gün Hindistanın baş naziri və xarici işlər naziri ilə də görüşəcək.
İranın diplomatiya aparatının başçısı Hindistana daxil olarkən IRIB müxbiri ilə müsahibədə əlavə edib: Hindistan rəsmilərilə müzakirələrdə əsas iş gündəmi, iki ölkə arasındakı uzunmüddətli əməkdaşlıqların yol xəritəsinin yekunlaşdırılmasıdır.