Heç kəs İran xalqı ilə güc dili ilə danışa bilməz
https://azeri.sahartv.ir/news/İran-i389984-heç_kəs_İran_xalqı_ilə_güc_dili_ilə_danışa_bilməz
İran İslam Respublikasının prezidenti Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin direktorlar şurasında İran əleyhinə qətnamənin qəbul olunmasının sionist rejimin təhriki ilə edildiyini qeyd edib. Bildirib ki, heç kəs İran xalqı ilə güc dili ilə danışa bilməz.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 10, 2022 06:53 Asia/Baku
  • Seyid İbrahim Rəisi
    Seyid İbrahim Rəisi

İran İslam Respublikasının prezidenti Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin direktorlar şurasında İran əleyhinə qətnamənin qəbul olunmasının sionist rejimin təhriki ilə edildiyini qeyd edib. Bildirib ki, heç kəs İran xalqı ilə güc dili ilə danışa bilməz.

SəhərAzəri-nin məlumatına əsasən, ABŞ-ın və Avropa üçlüyünün İran əleyhinə qətnamə layihəsi Çin və Rusiyanın ciddi müxalifətlərinə rəğmən, çərşənbə günü Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin direktorlar şurasının mövsümi iclasında qəbul edildi.

Bu qətnamə layihəsi siyasi yanaşma ilə və sionist rejimin xoşuna gəlsin deyə, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin direktorlar şurasına təqdim edilmişdi.

İran İslam Respublikasının prezidenti Seyid İbrahim Rəisi cümə axşamı günü gecə İranın Çaharmahal və Bəxtiyari vilayətinə səfərinin sonunda müxbirlər qarşısına çıxıb.

Rəisi Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin direktorlar şurasında İran əleyhinə qətnamənin qəbul olunması barədə verilən müxbir sualına cavabda deyib: Bu qənaətdəyik ki, bu hadisənin əsası, sionist rejimin təhriki ilə həyata keçirilib, amma hər halda, daim bildirmişik ki, bu kimi hərəkətlər heç vaxt İran İslam Respublikasını dayanmağa və geri çəkilməyə məcbur etməyəcək.

Bu kimi addımların İran xalqının inkişafa doğru hərəkətini heç vaxt durdura bilməyəcəyini vurğulayan Rəisi qeyd edib ki, zorakılar İran xalqının hüquqlarını rəsmən tanımalıdırlar.

İran İslam Respublikası prezidenti daha sonra vurğulayıb: İran xalqı öz sözü və haqqını məntiqli formada təqib edir və heç kəs İran xalqı ilə güc dili ilə danışa bilməz.