SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin komandanı:
"Region ölkələrinə İsrail rejimi ilə əlaqə qurmamağı tövsiyə edirik"
İran İslam İnqilabı Keşikçiləri Korpusu SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin komandanı vurğulayıb: "Biz Fars körfəzi regionundakı ölkələrə İsrail rejimi ilə əlaqə saxlamamağı tövsiyə edirik".
SəhərAzəri-nin məlumatına əsasən, SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin komandanı admiral Əlirza Təngsiri İranın cənubundakı Böyük Tunb adasında yerləşən hərbi birləşmələrə baş çəkərkən, deyib: "Biz Fars körfəzi regionundakı ölkələrə İsrail rejimi ilə əlaqə saxlamamağı tövsiyə edirik, çünki onlar əlaqə saxlasalar, regionun təhlükəsizliyini təhlükə altına qoyurlar".
Admiral Təngsiri əlavə edib: "Bu gün Fars körfəzinin coğrafiyasında qonşu dövlətlərin əməkdaşlığı və sinerjisi ilə yaxşı təhlükəsizlik mövcuddur. Əgər bir ölkə hər hansı səbəbdən bölgədə rüsvay olmuş, körpə öldürən və bir nömrəli düşmən olan İsrail rejiminə yol açsa, bu həm onu, həm də bölgəni etibarsızlığa, nizamsızlığa və qeyri-sabitliyə doğru aparacaq".