Heç bir İran təyyarəsi saxlanılmayıb
https://azeri.sahartv.ir/news/İran-i390080-heç_bir_İran_təyyarəsi_saxlanılmayıb
İran Xarici İşlər Nazirliyinin sözçüsü/ İran-Press-in/ Argentina hökumətinin bir ədəd təyyarəni saxlamasına dair sualına cavabda deyibdir ki, İran şirkətlərinə aid olan heç bir təyyarə saxlanılmayıbdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 13, 2022 09:28 Asia/Baku
  • Səid Xətibzadə
    Səid Xətibzadə

İran Xarici İşlər Nazirliyinin sözçüsü/ İran-Press-in/ Argentina hökumətinin bir ədəd təyyarəni saxlamasına dair sualına cavabda deyibdir ki, İran şirkətlərinə aid olan heç bir təyyarə saxlanılmayıbdır.

SəhərAzəri-nin məlumatına əsasən, Səid Xətibzadə əlavə edib: «Mahan» hava yolları şirkətinin bildirdiyinə görə, bu təyyarənin mülkiyyəti bir ildir, bir venesuelalı şirkətə verilib və onun ekipaj üzvləri digər ölkələrin vətəndaşlaırıdırlar.

İran Xarici İşlər Nazirliyinin sözçüsü qeyd edibdir ki, «Mahan» hava yolları şirkətilə heç bir əlaqəsi olmayan bu məsələ başqa bir çərçivədə təqib edilməlidir.

Xətibzadə vurğulayıb ki, bu kimi xəbərlərin yayılmasında məqsəd, ümumi fikrə sızmaq məqsədilə psixoloji əməliyyat aparmaqdır.