İyun 24, 2022 08:49 Asia/Baku
  • İranın cənub-şərqində bir tondan çox narkotik maddə aşkar edilib

İran İslam Respublikasının nizam-intizam qüvvələrinin sərhəd qoşunlarının komandanı Sistan və Bəluçestan vilayətinin sərhədçiləri tərəfindən bir ton beş yüz kiloqramdan çox narkomaddənin aşkarlanmasından xəbər verib.

SəhərAzəri-nin məlumatına əsasən, İran İslam Respublikası həmçinin dünyada narkotik maddələr qaçaqmalçılığı ilə mübarizənin ön xətti kimi bu yolda on iki mindən çox şəhid və hərbi əlil təqdim edibdir.

BMT İranı narkotik maddələr qaçaqmalçılığı ilə mübarizənin bayraqdarı adlandırıbdır.

Bu istiqamətdə İran İslam Respublikasının nizam-intizam qüvvələrinin sərhəd qoşunlarının komandanı general pasdar Əhməd Əli Qudərzi deyib: Sərhəd bölgəsində bir narkotik maddələr qaçaqmalçılığı dəstəsinin fəaliyyətindən xəbərdar olan «Sirkan» sərhəd alayının sərhədçiləri dəqiq əməliyyat planı və nəzarət tədbirlərini gücləndirməklə bu dəstənin məhv edilməsi və narkotik maddələrin aşkar edilməsini gündəmə gətiriblər. Onlar iri narkotik maddələr yükünü aşkar edə biliblər.

General pasdar Qudərzi deyib ki, «Sirkan» sərhəd alayının sərhədçiləri bu əməliyyatda dörd ədəd avtomobili saxlamaqla yanaşı, tiryək növündən olan bir ton beş yüz kiloqramdan çox narkomaddəni aşkar etməyə müvəffəq olublar.

Teqlər