İran və Ukraynanın XİN başçıları telefonla danışıblar
İran: Ukrayna və Rusiya arasında problemin həlli müharibə deyil
İyul 01, 2022 11:50 Asia/Baku
İranın xarici işlər naziri bəyan edib ki, rəsmi Tehran Ukrayna ilə Rusiya arasında problemin həllini müharibədə görmür. Bu münasib həll yolu deyil.
SəhərAzəri-nin məlumatına əsasən, Hüseyn Əmir-Abdullahiyan ukraynalı həmkarı Dmitri Kuleba ilə telefon danışığında bunu söyləyib.
Tərəflər bu telefon danışğında qarşılıqlı əlaqələr və tərəfləri maraqlandıran mövzularla bağlı fikir mübadiləsi aparıblar.
İran XİN rəhbəri bildirib: "Böhranın köklərinə baxmaq lazımdır və burada müharibəyə əl atmağın əleyhinəyik".
İranın müharibənin əleyhinə çıxış etməsini müsbət qiymətləndirən Ukrayna XİN rəhbəri iranlı həmkarını Kiyevə səfərə dəvət edib.