Amerika tam şəkildə bölgədən çıxmalıdır
Tehranın cümə namazı xitabətçisi deyib ki, amerikalılar Əfqanıstan hadisəsi kimi bir hadisə ilə bir daha üzləşməzdən öncə bölgədən çıxmalıdırlar.
SəhərAzəri-nin məlumatına əsasən, Höccətülislam Seyid Məhəmməd Həsən Əbu-Turabifərd Tehranın buhəftəki cümə namazı xütbələrində Qərbi Asiya olaylarına toxunub və bildirib ki, Amerikanın regiondakı təsirli siyasi və hərbi iştirakı sıfıra enibdir.
Ötən günlərdə İranın ev sahibliyi ilə keçirilən Astana sammitinə toxunan Əbu-Turabifərd əlavə edib: Ötən günlərdə İran regionun siyasi koridoruna çevrilmişdi. İranda Rusiya və Türkiyə prezidentlərinin iştirakı ilə ikitərəfli görüş, üçtərəfli Astana sammiti və İslam İnqilabının Böyük Rəhbərinin regionun və İslam Dünyasının siyasi şəraitinin şərhində verdikləri ilhamverici bəyanat, İslam Ümməti, region və dünya xalqları üçün gələcək dünyada yeni güclərin formalaşacağının müjdəçisidir.
Tehranın cümə namazı xitabətçisi İslam İnqilabının Böyük Rəhbərinin Türkiyə prezidentilə görüşdəki bəyanatına da işarə edib və deyib: Ötən qırx il ərzində İranın baxışı, müsəlman xalqlar, xüsusən Türkiyə xalqı üçün qüdrətin yaradılması olubdur və İranın gözləntisi budur ki, Türkiyə-Suriya sərhədinin təhlükəsizliyi Türkiyənin əsas məsələsi olsun.
Höccətülislam Əbu-Turabifərd deyib: Amerikanın və müttəfiqlərinin terrorçuları himayə etmələri Türkiyənin əmin-amansızlığına bais olacaq. Təhlükəsizliyin bölgəyə qayıtması üçün Amerikanın regiondakı iştirakından xilas olmalıyıq.
Siyasi və iqtisadi sahələrdə təsirli dialoqların kənarında İranın islami ölkələrlə əlaqələrinin həmişə gündəmdə durduğunu xatırladan Əbu-Turabifərd söyləyib: Qonşu ölkələr bilsinlər ki, İran bu ölkələrin ərazi bütövlüklərinin fikrindədir. Region ölkələrinin qüdrətlərinin kənarında İranın qüdrəti İran İslam Respublikasının qəti strategiyasıdır.