İyul 23, 2022 11:28 Asia/Baku
  • “İran və Ermənistan arasında əlaqə yolunun bağlanması mümkün deyil”

İslam İnqilabının Aliməqamlı Rəhbəri Həzrət Ayətullahül-üzma Xameneinin ölkənin müxtəlif bölgələrindəki nümayəndələri o həzrətin Ermənistan-İran sərhədi ilə bağlı mövqeyini dəstəkləyiblər.

SəhərAzəri-nin məlumatına əsasən, Tehranın cümə namazı xitabətçisi Məhəmmədhüseyn Əbuturabifərd deyib: “İran və Ermənistan arasında əlaqə yolunun bağlanması yolverilməzdir; İran regional dəyişikliklərə ciddi şəkildə həssasdır. Min illərlə yaşı olan, region xalqlarının təhlükəsizliyi və əmin-amanlığının amillərindən biri olan yol zədələnməməlidir.”

İnqilab Rəhbərinin Şərqi Azərbaycan Vilayəti üzrə nümayəndəsi və Təbrizin imam-cüməsi Məhəmmədəli Ali-Haşim də dünənki xütbələrində deyib: "Biz İran və Ermənistan arasında sərhədin bağlanmasına səbəb olacaq heç bir addıma heç vaxt dözməyəcəyik, İran buna müqavimət göstərəcək, çünki bu, min illik rabitə yoludur”.

İyulun 19-da İran İslam İnqilabının Aliməqamlı Rəhbəri Həzrət Ayətullahül-üzma Xamenei İran və Rusiya prezidentləri ilə üçtərəfli görüş üçün Tehrana gələn Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğanı qəbul edərək, rəsmi Tehranın İran İslam Respublikası ilə Ermənistan arasında sərhədi bağlamaq siyasətinə qarşı çıxacağını vurğulayıb. O Həzrət həmçinin Rusiya prezidenti Vladimir Putinlə görüşündə də bəyan edib ki, İslam Respublikası İran və Ermənistan arasında sərhədin bağlanmasına səbəb olan siyasət və proqramlara dözməyəcək.

Bunun ardınca İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədr müavini Şəhriyar Heydəri Ermənistan-İran sərhədi ilə bağlı açıqlama verərək vurğulayıb ki, bəzi qeyri-regional qüvvələr İranı kənara çıxarmaq üçün Ermənistan ərazisindən keçərək Naxçıvana aparan dəhliz yaratmaq istəyirlər, halbuki region ölkələrinin ərazi bütövlüyü qorunmalıdır. "Bizim Ermənistanla 40 km ortaq sərhədimiz var və biz bu sərhədlərin zədələnməsinə imkan verməyəcəyik. Həmçinin heç bir üçüncü tərəfin, o cümlədən Türkiyənin məsləhətinə ehtiyacımız yoxdur", - deyə Şəhriyar Heydəri bildirib.

Teqlər