MOSSAD amilləri şəbəkəsi həbs olunub
İran İslam Respublikasının Təhlükəsizlik Nazirliyi bildirib ki, sionist rejimin casusluq təşkilatının amillərindən ibarət bir şəbəkə İranın təhlükəsizlik qüvvələri tərəfindən aşkar edilib və bütün əməliyyat ünsürləri həbs olunublar.
SəhərAzəri-nin məlumatına əsasən, İran İslam Respublikasının Təhlükəsizlik Nazirliyi yaydığı bir məlumatda bildirib: Terror əməliyyatı keçirmək üçün İrana göndərilmiş sionist rejimin casusluq təşkilatının amillərindən ibarət bir şəbəkə hər hansı təxribat hərəkəti törətməzdən öncə İmam Zaman(əc)-in naməlum əsgərləri tərəfindən aşkar edilib və bütün əməliyyat ünsürləri həbs olunublar.
Məlumatda sonra deyilir: Qonşu ölkələrdən birinin vasitəsilə sionist rejimin casusluq-terrorçu təşkilatı- MOSSAD-la əlaqədə olan həbs edilmiş ünsürlər ən güclü partlayıcı maddələr, həmçinin ən modern əməliyyat və rabitə təchizatlarından bəhrələnməklə öncədən təyin edilmiş hədəflərə və bəzi həssas nöqtələrə qarşı nadir bir terror əməliyyatı və təxribatçılıq hərəkətləri törətmək niyyətində olublar ki, İranın təhlükəsizlik qüvvələrinin bir neçə etaplı və önləyici əməliyyatı ilə aşkar edilib, həbs olunublar.
Məlumatda əlavə edilir: Bu terror dəstəsilə hər cür daxili və xarici əlaqə barədə kəşfiyyat təqibləri və təhqiqatlarının davam etrməsinə əsasən, mükəmməl informasiya sonradan elan ediləcək.