İyul 28, 2022 10:34 Asia/Baku
  • İ.Xətib: Son aylarda sionist rejimə qarşı uğurlu əməliyyatlar həyata keçirilib

İran İslam Respublikası son aylarda sionist rejimə qarşı bir sıra uğurlu əməliyyatlar həyata keçirib. 

SəhərAzəri-nin məlumatına əsasən, bunu İran parlamentinin spikeri ilə görüşündə ölkənin təhlükəsizlik naziri İsmayıl Xətib deyib. 

"Bu əməliyyatlar İran İslam Respublikası Təhlükəsizlik Nazirliyinin gücünə dəlalət edir. Düşmənlərin, xüsusilə sionist rejim və terrorçu qrupların İranın təhlükəsizliyinə qarşı fəaliyyətlərinin dayandırılmasında nazirliyin müstəsna uğurları var. Düşmənin ölkənin təhlükəsizliyinə xələl gətirə bilməməsinin səbəblərindən biri də Təhlükəsizlik Nazirliyinin xalq mərkəzli yanaşması və xalqla əməkdaşlıq edərək ölkədə davamlı təhlükəsizliyi təmin etməsidir. Kəşfiyyat Nazirliyinin əsas borcu terrorizm, sionist rejim və İrana qarşı təxribat əməlləri ilə mübarizədir", deyə İsmayıl Xətib qeyd edib. 

Teqlər