Sanksiya şəraitində ballistik raketlərin idarə olunması texnologiyasını əldə etdik
İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanı deyib: Pilotsuz təyyarələri idarə etmək üzrə süni intellekt texnologiyasını və ballistik raketlərin idarə olunması texnologiyasını sanksiya şəraitində əldə etdik.
SəhərAzəri-nin məlumatına əsasən, General-mayor pasdar Hüseyn Salami Məşhəddə “Vilayət layihəsi” adlı tələbə konfransında bildirib ki, İrana qarşı sanksiyaların İran İslam Respublikasının irəliləyişlərində heç bir təsiri olmayıbdır.
İranın süni intellekt sahəsindəki irəliləyişlərinə işarə edən general Salami deyib: Süni intellekt texnologiyası ilə bir pilotsuz hər bir nöqtədən iki min kilometrdən çox məsafəni qət edə və hərəkətdə olan hədəfi və ya xas bir nöqtəni hədəfə ala bilər.
İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanı bildirib ki, düşmənin İrana qarşı sanksiyaların davam etdirilməsinə dair strategiyası dəyişməyib. O, əlavə edib: iqtisadi sanksiyalar, təcrid etmək üçün maksimum təzyiq, psixoloji əməliyyatlar, media müharibəsi, mədəni hücum, daxili sabitliyi pozmaq cəhdləri və bölgədə terrorizmin baş qaldırması, düşmənin İran İslam İnqilabı ilə mübarizədəki hərəkətlərinin bir hissəsidir.