Firuzkuh vilayətindəki seldə 9 nəfər ölüb
Tehran valisi Tehran vilayətinin şərqində yerləşən Firuzkuh rayonunda selin törətdiyi vəziyyətə baxılmaq üzrə səydən xəbər verib.
SəhərAzəri-nin məlumatına əsasən, Firuzkuh rayonunda baş vermiş daşqına və dəymiş xəsarətə işarə edən Möhsün Mənsuri əlavə edib: Cümə axşamı günü gecə Firuzkuh rayonunun «Həblə rud» məhəlləsində baş verən daşqın nəticəsində Zərrindəşt, Məzdaran və Atəşan kəndlərində doqquz nəfər ölüb, on altı nəfər itkin düşüb, on iki nəfər isə bədən xəsarəti alıbdır.
Mənsurinin sözlərinə görə, xoşbəxtlikdən, zədə alanlardan on nəfəri ambulator şəkildə müalicə olunub, iki nəfər isə xəstəxanaya köçürülübdür.
Tehran valisi söyləyib: Selin baş verdiyi bölgələrdə yardımın göstərilməsinin təxirə düşməsinin səbəbi, şose yolunda yaranmış tıxac və əlçatan yolların bağlanması olub və vəziyyət adiləşdikdən sonra yardım qüvvələri və yardım avadanlıqları xidmət göstərməyə müvəffəq olublar.
Mənsuri Tehranda yerləşən «İmamzadə Davud» bölgəsindəki selin vəziyyəti barədə isə deyibdir ki, «İmamzadə Davud» bölgəsindəki selin vəziyyətinə baxılması davam edir ki, şərait adi vəziyyətə qayıtmış olsun.
Cümə axşamı günü səhər saatlarında Tehranın «İmamzadə Davud» bölgəsində selin baş verməsi nəticəsində indiyədək səkkiz nəfər ölüb, on doqquz nəfər isə itkin düşübdür.