İyul 31, 2022 14:24 Asia/Baku
  • İran gəmiləri Rusiya dəniz qüvvələrinin paradında iştirak edəcəklər

İnformasiya mənbələri İran hərbi gəmilərinin Rusiya hərbi dəniz qüvvələrinin Xəzər dənizində keçiriləcək paradında iştirak edəcəklərini bildiriblər.

SəhərAzəri-nin məlumatına əsasən, İranın hərbi dəniz qüvvələri ilk dəfə olaraq, gələn cümə günü “Rusiya Hərbi Dəniz Qüvvələri Günü” münasibətilə Dağıstanın Kaspiysk bölgəsində keçiriləcək xüsusi dəniz paradında iştirak etmək niyyətindədirlər.

Rusiyanın Xəzər eskadrasının komandan müavini birinci dərəcəli kapitan Sergey Rakauskas deyib: Bu il baş verəcək mühüm məsələ, Azərbaycan Respublikası və İranın hərbi dəniz qüvvələri gəmilərinin bu paradda iştirak etmələri olacaq. Onlar uzun illərdən sonra ilk dəfə olaraq, müştərək “Dəniz Qüvvələri Günü” festivalının bir hissəsi kimi paradda iştirak edəcəklər.

Rusiyanın Xəzər eskadrasının komandan müavininin sözlərinə görə, bu il bu paradda 26 hərbi gəmi və qayıq, 15 yardımçı gəmi, 900-dən çox şəxsi heyət, habelə dörd hərbi təyyarə iştirak edəcək.

Teqlər