İrandakı son daşqınlarda ölənlərin sayı 69-a çatıb
İyul 31, 2022 18:17 Asia/Baku
İran Daxili İşlər Nazirliyinin böhranın idarə olunması təşkilatının texniki məsələlər, həmçinin bərpa və reabilitasiya koordinasiyası üzrə müavini son daşqınlarda 69 nəfərin öldüyünü bildirib.
SəhərAzəri-nin məlumatına əsasən, Nejad-Cahani bu gün İRNA ilə müsahibədə deyib: Statistikaya əsasən, bu anadək İrandakı son daşqınlarda 69 nəfər həyatını itirib.
Ötən bir neçə gündə İranın müxtəlif vilayətlərində yağan yağış bir çox xəsarətlər törədib və çoxlu sayda həmvətənimizin ölümünə bais olub.
İran Qızıl Aypara Cəmiyyətinin bildirdiyinə görə, 24 vilayət, yüz on bir rayon və 29 nəqliyyat yolu leysan yağışları və daşqınlardan ziyan çəkibdir.