Təbrizdən Corc Dikə Cavab:
"Biz Fələstin kitabını oxuyuruq"
Sionist rejimin Bakıdakı səfiri Corc Dikin Təbrizlə bağlı təxribatına cavab olaraq, Təbriz şəhərində "Biz Fələstin kitabını oxuyuruq" kampaniyasına start verilib.
SəhərAzəri-nin məlumatına əsasən, son aylar Tehran-Bakı münasibətlərinin istiləşməsini nəzərə alsaq, belə görünür ki, İsrail müxtəlif yollarla bu prosesin davam etməsinə mane olmağa çalışır. Bununla bağlı işğalçı İsrailin Azərbaycan Respublikasındakı səfiri Corc Dik Təbriz şəhəri haqqında “Təbrizin sehirli nağılları” kitabını oxuyarkən çəkilmiş şəklini sosial mediada yayaraq yazıb: “Bu yaxınlarda mənə hədiyyə edilən bu möhtəşəm kitabdan Təbrizdə Azərbaycanın tarixi və mədəniyyəti haqqında çox şey öyrənirəm. Bəs siz, bu günlərdə nə oxuyursunuz?”
İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi sionist rejimin Bakıdakı səfirinin fitnəkar tvitinə cavab olaraq yazmışdır: “Bu macəraçı oğlanın məlumatı üçün: "Bizim sevimli Təbriz İranın qürurlu tarixində ilklər diyarı kimi tanınır. Görünür, ilk şər sionisti də qeyrətli Təbriz camaatı dəfn edəcək. Heç vaxt qırmızı xəttimizi keçməyin!".
İki diplomat arasında yaşanan qalmaqal fonunda Təbrizdə bir sıra elm və mədəniyyət xadimləri, ziyalılar, sənət adamları, media nümayəndələri və idmançılar tərəfindən İsrail səfirinin fitnəsi əleyhinə kampaniyaya aparılır.
Bu kampaniyada iştirakçılar “Fələstin” kitabını oxuyarkən çəkilmiş şəklini yaymaqla bu kitabı dünyaya və xüsusən də Qafqaz regionu xalqlarına tanıtdırırlar.
İslam İnqilabının Böyük Rəhbərinin baxış bucağından “Fələstin” kitabı Tehranda işıq üzü görüb.