Aliməqamlı Rəhbərin iştirakı ilə İmam Səccadın (ə) şəhadət axşamı mərasimi keçirilib
https://azeri.sahartv.ir/news/İran-i392030-aliməqamlı_rəhbərin_iştirakı_ilə_İmam_səccadın_(ə)_şəhadət_axşamı_mərasimi_keçirilib
İslam İnqilabının Aliməqamlı Rəhbərinin iştirakı ilə İmam Xomeyni (r.ə) adına hüseyniyədə Həzrət İmam Səccadın (ə) şəhadət axşamına həsr edilmiş matəm mərasimi keçirilib.
(last modified 2024-06-07T05:07:56+00:00 )
Avq 10, 2022 06:40 Asia/Baku
  • Aliməqamlı Rəhbərin iştirakı ilə İmam Səccadın (ə) şəhadət axşamı mərasimi keçirilib

İslam İnqilabının Aliməqamlı Rəhbərinin iştirakı ilə İmam Xomeyni (r.ə) adına hüseyniyədə Həzrət İmam Səccadın (ə) şəhadət axşamına həsr edilmiş matəm mərasimi keçirilib.

Mərasimdə çıxış edən Höccətül-İslam vəl-müslimin Rəfii İmam Səccadın (ə) böyük missiyasını Aşura hadisəsindən sonra cihadı, "Bəyan Cihadı" çərçivəsində davam etdirmək olduğunu bildirib və deyib: "Quran mədəniyyətinin və Peyğəmbər sünnəsinin dirçəldilməsi, imamət, din maariflərinin dua şəklində bəyan edilməsi və Aşura hərəkatının dirçəlişi İmam Zeynül Abdinin (ə) bəyan cihadının beş əsas sahədir".

Mərasimdə, həmçinin cənab Səid Həddadiyan müsibəti zikr edərək, növhəxanlıq edib.