Avq 12, 2022 13:51 Asia/Baku
  • Ayətullah Əlirza Ərafi
    Ayətullah Əlirza Ərafi

İran boyu dini elmlər hövzələrinin rəisi Almaniyanın Hamburq şəhərində Qurani-Kərimə qarşı hörmətsizliyi pisləyib.

SəhərAzəri-nin məlumatına əsasən, Ayətullah Əlirza Ərafi bir bəyanatda bildirib: Təkcə şiələr deyil, həm də dünyada hər bir din və məzhəbdən olan Həzrət İmam Hüseyn əleyhissalam sevərlər və azadələrin hamısı şəhidlər ağası və sərkərdəsi Həzrət Əba Əbdillah əl-Hüseyn əleyhissalamın əzadarlıq günlərində ərş sakinlərilə yanaşı o həzrətin və onun vəfalı köməkçilərinin şəhadəti matəmini saxlayarkən Hamburq şəhərində bir ovuc şəxs çirkin və qəbahətli bir hərəkətdə Qurani-Kərimin və və Əhli-Beyt əleyhimussalamın müqəddəsliyinə hörmətsizlik edibdir.

Ayətullah Ərafi əlavə edib: Bu hərəkət dini müqəddəslərə hörmətin bütün cəmiyyətlər və əlaqədar qanunlarda qəbul edildiyi və qanuni bir məsələ olduğu bir halda baş verib. Şübhəsiz, bir milyard yarımdan çox müsəlmanın müqəddəsliklərinə qarşı hörmətsizlik sayılan belə bir hərəkətin dini və məzhəbi nifrət və nifrətyaymadan başqa heç bir nəticəsi olmayacaq.

İran boyu dini elmlər hövzələrinin rəisi vurğulayıb: Keçmişdə izləri olan bu alçaq hərəkətin qara nöqtəsi budur ki, polisin nəzarəti və əlbəttə ki, onun sükut etməsi və laqeyd qalması altında baş  veribdir.

Bütün dinlər və mədəniyyətlərin təlimlərilə bir araya sığmayan bu rəzil hərəkəti pisləyən Ayətullah Ərafi Almaniyanın polisi və məhkəmə sistemindən istəyibdir ki, hörmətsizlik etmiş ünsürləri məsuliyyətə cəlb etsin və bu kimi hərəkətkərin təkrar olması yolunu həmişəlik olaraq bağlasın.

Hamburq şəhərində islami müqəddəslərə və Qurani-Məcidə qarşı hörmətsizlik edən az sayda ünsürün təhrikedici hərəkətnin ardınca Almaniyanın Tehrandakı səfirinin olmadığı şəraitdə, bu ölkə səfirliyinin müvəqqəti işlər vəkili İran Xarici İşlər Nazirliyinə çağırtdırılıb və Almaniya hökumətinin bu hörmətsiz hərəkətin amillərilə qətiyyətli rəftar etməsinə təkid edilibdir.

 

Teqlər