Rəsmi Tehran öz mövqeyindən geri çəkilmir
Kənani: Müzakirələrdə qırmızı xətti keçmirik
İran Xarici İşlər Nazirliyinin mətbuat katibi bu dövlətin nüvə müzakirələrində qırmızı xətti keçmədiyini vurğulayıb.
SəhərAzəri-nin məlumatına əsasən, Nasir Kənani bu gün Tehranda media mənsubları üçün keçirdiyi brifinqdə bunu deyib.
İranın həmişə ciddi, konstruktiv və məsuliyyətli şəkildə danışıqlarda iştirak etdiyini bildirən Kənani əlavə edib: "Biz Avropa tərəfinin təkliflərinə vaxtında cavab verdik. Biz danışıqlarda yenilikçi davrandıq və razılığa gəlmək üçün lazımi çeviklik nümayiş etdirdik və indi Amerika tərəfi təklifə öz cavabını süründürür.
İranlı diplomat nüvə sazişinin hazırkı şərtlərinə və bu sazişin yerinə yetirilməməsinə görə ABŞ hökumətinin məsuliyyət daşıdığını qeyd edərək söyləyib ki, ABŞ hökuməti mövcud vəziyyətə görə məsuliyyət daşıyır.
Xarici İşlər Nazirliyinin sözçüsü sonra deyib: "Biz ölkənin güzəranını və iqtisadiyyatını danışıqlar prosesinə bağlamayacağıq və sanksiyaların ləğvini danışıqlar prosesinə aid olan məsələlərdən biri hesab edirik. İran İslam Respublikası öz prioritetlərini həyata keçirəcəkdir."
Onun sözlərinə görə, əgər İran nüvə sazişinə ehtiyaclıdırsa, ABŞ və avropalılar daha çox buna möhtacdırlar.
“İndiyə qədər biz danışıqlarla bağlı nisbətən yaxşı irəliləyiş əldə etmişik, lakin danışıqlar bir-birinə bağlı mövzulardan ibarətdir. Biz danışıqlarla bağlı bütün məsələlərdə razılığa gəlməliyik və bütün məsələlər razılaşdırılmayana qədər razılığa gəldiyimizi deyə bilmərik”, - deyə o əlavə edib.